Baharı faizsiz keçir | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Baharı faizsiz keçir


Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı olan Azər Türk Bank bu dəfə “Baharı faizsiz keçir”kampaniyasına start verdi. Qarşıdan gələn Novruz bayramı münasibətilə təşkil edilmiş kampaniyanın əsas məqsədi, bu ərəfədə kredit əldə edən müştərilər üçün, təklif edilən güzəştlərdən yararlanmaq və ödəmələrini daha rahat və asan həyata keçirmələrinə imkan yaratmaqdır.

Mart ayının 14-dən aprel ayının 30-a kimi davam edəcək bu kampaniya çərçivəsində müraciət edənlərə, bank hamı üçün sığortasız olan “İstehlak” krediti və əməkhaqqı kartı müştəriləri üçün nəzərdə tutulmuş “Korporativ” kredit məhsullarına güzəştlər tətbiq edir.

Belə ki, kredit üzrə birinci ay müştəridən heç bir ödəniş tələb edilmir. Faizlər isə kredit verilən tarixdən bir ay sonra hesablanmağa başlayır.12, 18, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlər üzrə ödəmələr müqavilənin bağlanıldığı tarixin ikinci ayından etibarən bərabər hissələrlə ödənilir.

Ətraflı: http://azerturkbank.az/bahar/

Valyuta kalkulyatoru