"Bizimlə yüksəl" kampaniyası


Azər Türk Bank fəaliyyətinin 23 ili münasibəti ilə 9 – 31 iyul tarixlərində müştərilərinə möhtəşəm kampaniyalar təqdim edir. Kampaniya çərçivəsində bankın mövcud və potensial müştəriləri aşağıdakı güzəştlərlə pərakəndə bank məhsulları əldə edə biləcəklər.

Kredit üzrə:

Doğum günü iyul ayına təsadüf edən müştərilərimiz üçün istehlak kreditinin rəsmiləşdirilməsi komissiya haqqı tutulmadan həyata keçiriləcək;

Əmanətlər üzrə:

Kampaniya müddəti ərzində milli valyutada əmanət yerləşdirən hər bir müştəri üçün əmanətlərin faizləri 1.1% artırılacaq;

Ad günü iyul ayına təsadüf edən və əmanət yerləşdirən hər bir müştəri üçün əmanətlərin faizləri 1.5% artırılacaq;

Plastik kartlar üzrə:

23-cü ildönümünü qeyd edən Azər Türk Bank eləcə də, plastik kart əldə etmək istəyən müştəriləri üçün endirimlər təklif edir. Belə ki, doğum günü iyul ayına təsadüf edən və plastik kart müraciəti edən hər müştərimiz MasterCard GOLD kartını hədiyyə olaraq əldə edəcək;

Kampaniya müddəti ərzində müştərilərimiz MC GoldMC Platinum premium kartlarını dəyərinin cəmi 23%-ni ödəməklə əldə edə biləcəklər. Qeyd etmək istəyirik ki, endirimdə olan premium kartları banka yaxınlaşmadan online sifariş vermək mümkündür.

 



Kampaniyanın müddəti: 09-31 İyul

Valyuta kalkulyatoru