
Moskvanın Şeremetyevo aeroportunda yerləşən «Mastercard» biznes zalı uçuşdan əvvəl zövqlü vaxt keçirmək üçün “Mastercard”-ın kart sahiblərinə təklif etdiyi qiymətsiz fürsətlərdəndir. World Elite Mastercard® sahibləri Moskvanin Şeremetyevo aeroportunda Mastercard zalından ödənişsiz olaraq yaralana bilərlər.
- Kart sahiblərinə gündə 24 saat, həftədə 7 gün xidmət göstərilir.
- Mastercard biznes zalına keçmək üçün girişdə World Elite Mastercard® kartını və minik talonu təqdim etmək lazımdır.
- World Elite Mastercard® sahibləri zala özləri ilə birgə bir böyük və iki 12 yaşadək uşağı ödənişsiz apara bilər. Kart sahibinin müşayiəti ilə 2 yaşadək olan uşaqlar tərəfindən zalı ziyarət etmə məhdudiyyəti yoxdur.
- Əlavə qonaqların zala girişi bir qonaq üçün 1500 rubl təşkil edir, 2 yaşdan 12 yaşadək uşaqlar üçün qiymət bir böyük sərnişin tarifinin 50% -ni təşkil edir. İki yaşadək olan uşaqlar üçün keçid ödənişsizdir.
- Ziyarət sayı gündə bir dəfədən çox olmamaq şərti ilə, «Mastercard» biznes zalında maksimal ödənişsiz qalma müddəti 5 saatdır.
- Kart sahibinin bir və ya bir neçə bank tərəfindən verilən bir neçə World Elite Mastercard® kartları olduqda zala keçərkən yalnız bir kart nəzərə alınır.
- Kart üzərində qeyd olunmuş ad minik talonundakı adla eyni olmalıdır.