Mastercard-dan endirim! | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Mastercard-dan endirim!


Mastercard® və ya Maestro® debit və kredit kart sahibləri “MyDutyFree” saytı (www.mydutyfree.net) və ya “App Store”/”Play Store”dan yüklənən tətbiq vasitəsilə əvvəlcədən sifariş etməklə Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən “Duty Free” mağazalarında mallara 15% endirim əldə edə bilərlər.
Endirimdən faydalanmaq üçün aşağıdakı qaydalara əməl edilməlidir:

  1. “MyDutyFree” saytı və ya tətbiq üzərindən seçdiyiniz məhsulu əvvəlcədən sifariş edirsiniz
  2. Sifarişi edərkən müvafiq xanaya “MastercardBaku” promokodunu daxil edirsiniz
  3. Uçuş tarixinizdə Heydər Əliyev Beynəlxalq Hava Limanı, 1-ci Terminalda yerləşən xüsusi “MyDutyFree” kassalarında istənilən növ “Mastercard”/”Maestro” kartı ilə ödənişi həyata keçirisiniz.

Məhsulun tam dəyəri “Mastercard”/”Maestro” kartları ilə ödənilməlidir.
Kampaniya 7 avqust 2017-ci il tarixindən 31 dekabr 2017-ci il tarixinədək etibarlıdır.

Valyuta kalkulyatoru