Korporativ müştərilər üçün Novruz sevinci! | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Korporativ müştərilər üçün Novruz sevinci!


Azər Türk Bank baharın gəlişi ilə əlaqədar olaraq 11 mart tarixindən etibarən korporativ müştərilər, hüquqi şəxs və fərdi sahibkarlar üçün yeni kampaniyasını təqdim edir. Müştərilər kampaniya çərçivəsində aşağıdakı xidmətlərdən ödənişsiz yararlana bilərlər.

  • Hüquqi şəxslər və fərqdi sahibkarlar üçün bütün Cari hesabların açılması (müvəqqəti hesab daxil olmaqla);

 

  • Fərdi sahibkarlara əməliyyatlarını məsafəli şəkildə aparmağa imkan yaradan Sahibkar kartı (3 illik, 1 ədəd);

 

  • Rəhbər şəxslər üçün Premium seqmentli əməkhaqqı kartları (3 illik);
  • Ümumi işçi sayı 0-30 arasında olarsa – rəhbər şəxs üçün 1 ədəd MC/VISA Gold    
  • Ümumi işçi sayı 31-200 arasında olarsa – rəhbər şəxslər üçün 1 ədəd MC/VISA Platinum və 2 ədəd MC/VISA Gold
  • Ümumi işçi sayı 200 çox olarsa – rəhbər şəxslər üçün 1 ədəd VISA Infinite və 2 ədəd MC/VISA Platinum

  • Əməkhaqqının ödənişsiz köçürülməsi (yalnız ilk köçürmə);
  • POS-terminalın quraşdırılması və əməliyyatların aparılması üzrə komisyon haqqının ləğvi (POS-Terminal quraşdırıldığı tarixdən etibarən yalnız 1 ay).

 

Nəzərinizə çatdırmaq istəyirik ki, təklif olunan ödənişsiz xidmət və məhsullar yalnız Bankın yeni və əməkdaşlığı bərpa edən müştərilərinə aid edilir.

Kampaniyanın müddəti: 11 Mart – 30 Aprel

Valyuta kalkulyatoru