Əməkhaqqı kartı üzrə kredit xətti | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Əməkhaqqı kartı üzrə kredit xətti


Artıq Azər Türk Bankın əməkhaqqı kartı sahibləri əməkhaqqı kartı üzrə avans kredit xətti aça bilərlər. Belə ki, müştəri hər ay balansına əlavə olaraq, maksimum əməkhaqqının yarısı (xidməthaqqı daxil olmaqla) həcmində məbləğ əldə edə bilər. Məbləğ xərcləndikdə, gələn əməkhaqqından xidmət haqqı ilə birlikdə tutulur və ödəniş həyata keçdikdən sonra bərpa olur. Xidmət haqqı yalnız kredit xətti üzrə əlavə edilən məbləğ xərcləndikdə tutulur.

Kreditin məbləği: 50 – 500AZN
Kreditin valyutası: AZN
Müddət: maks. 12ay

Ödəniş şərti: Kredit xətti üzrə istifadə olunmuş vəsaitin (əsas borc və tutulmuş komissiya) ödənilməsi, növbəti ayda borcalanın əmək haqqı kartına köçürülən vəsait hesabına akseptsiz qaydada həyata keçirilir.
Kredit üzrə birdəfəlik bank komissiyası: 8%
QEYD: Əməkhaqqı kartı üzrə kredit xəttini aktiv etmək üçün filiala yaxınlaşıb, ərizə forması təqdim etməyiniz gərəklidir.

Valyuta kalkulyatoru