Sərhədçilər üçün 18%-dən kredit! | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Sərhədçilər üçün 18%-dən kredit!


18 Avqust ölkəmizdə hər il Sərhədçilərin peşə bayramı kimi qeyd olunur. Azər Türk Bank bu münasibətlə daim vətəninin keşiyində duraraq, xalqının təhlükəsizliyini qoruyan cəsur müştərilərinə “Sərhədçilər üçün 18%-dən kredit!” kampaniyası çərçivəsində istehlak kreditinin faizlərinə endirim təqdim edir.

Kampaniyadan Dövlət Sərhəd Xidmətinin əmakdaşları ilə yanaşı, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Ədliyyə işçiləri, Prokurorluq orqanlarının və güc struktur orqanlarından təqaüdə çıxan əməkdaşları da faydalana bilərlər.
Kampaniyanın müddəti : 13 – 31 Avqust
Azər Türk Bank – Sizin Dövlət Bankınız!

Valyuta kalkulyatoru