“Sizinlə gələcək” kampaniyası | Azər Türk Bank | Sizin Dövlət Bankınız

“Sizinlə gələcək” kampaniyası


Təhsilin və istedadlı gənclərin inkişafına hər zaman önəm verən Azər Türk Bank, xarici universitetlərdə təhsil alan tələbələrimizə dəstək olmaq məqsədilə “Sizinlə Gələcək” adlı kampaniyasını davam etdirir. Gələcəyimizin əksi olan, uğur qazanmış gənc həmvətənlilərimizin təhsil həyatına kiçik bir dəstək olaraq, xarici ölkənin universitetində təhsil aldığını və ya alacağını təsdiq edən hər bir tələbə bu kampaniyadan yararlanaraq, 1 illik MasterCard “STANDART” plastik kartını hədiyyə olaraq əldə edə bilər.

Tələb olunan sənədlər:

  • Tələbə bileti və ya universitetdə təhsil aldığını təsdiqləyən hər hansı bir rəsmi sənəd;
  • Şəxsiyyəti təsdiq edən sənəd;
  • Müraciət ərizəsi;

Qeyd: Kampaniyadan yalnız xarici ölkələrdə təhsil alan tələbələr yararlana bilər.

Müraciətinizi buradan yollaya bilərsiniz: Kart sifarişi

Azər Türk Bank – Sizin Dövlət Bankınız!

Valyuta kalkulyatoru