Vergi Məcəlləsində edilmiş dəyişikliklər


Ödəniş kartlarının istifadəsi ilə əlaqədar Vergi Məcəlləsinə edilmiş dəyişikliklər 01.01.2017-ci il tarixdən qüvvədədir.

  1. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

    Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısıvergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir. (Vergi Məcəlləsi 169.3). Burada vergi orqanlarında uçotda olmayan şəxslər istisna edilir və qeyd olunan hallarda 18% faiz dərəcəsi ilə vergi tətbiq olunur.

    1. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank ödəmə mənbəyindən vergi tutmalıdır. (Vergi Məcəlləsi 150.1.11) Mərc oyunları, lotereyalar və digər yarışlara ödənişlər zamanı əməliyyat apardığı anda kart hesabından 18% ƏDV tutulur, uduşla bağlı hesaba mədaxil olunduqda isə 10% ödəmə mənbəyində vergi ödənilən vəsaitdən tutulur.

  2. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur. (Vergi Məcəlləsi 125.1-1.) Qeyri-Rezident şəxslər qeyri rezidentliyini təsdiq edən sənədləri bankın hər-hansı bir yerli struktur bölməsinə təqdim etdiyi halda ona tətbiq olunmuş verginin hesablanıb geri qaytarılması təmin ediləcəkdir.

  3. Hüquqi şəxslər korporativ kart hesablarındakı vəsaitləri nağdalaşdırdıqda, Bank ödəmə mənbəyindən 1 % dərəcəsi ilə ödəmə mənbəyindən vergini tutmağa borcludur. (Vergi Məcəlləsi 15.3-3)


Vergiyə cəlb olunacaq MCC kodlar

Valyuta kalkulyatoru