3D Secure


Ümumi məlumat

3D Secure / Ümumi məlumat

«3D Secure» – dələduzluq hallarından mühafizə olunmaq və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizləşdirilməsini təmin edən texnologiyadır. Bu müasir texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə ilə həyata keçirilməsidir.

 

Bu xidmətin üstünlükləri

3D Secure / Bu xidmətin üstünlükləri

·Dələduzluq hallarından mühafizə olunmaq;
·İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizləşdirilməsi.
Qoşulma qaydası

3D Secure / Qoşulma qaydası

•Bankın «SMS-Bildiriş» xidmətinə qoşulmuş Müştərisi «3D-Secure» xidmətini dəstəkləyən internet səhifə vasitəsilə alış-veriş əməliyyatını apardığı zaman heç bir qeydiyyatdan keçmədən müvafiq təhlükəsizlik şifrəsi onun mobil telefonuna SMS vasitəsilə gələcəkdir. Bu şifrəni xüsusi xanaya daxil edib təsdiqləməklə, alış-veriş əməliyyatı uğurla yekunlaşacaqdır.

•Bankın «SMS-Bildiriş» xidmətinə qoşulmayan Müştərisi «3D-Secure» xidmətini dəstəkləyən internet səhifə vasitəsilə alış-veriş əməliyyatını apardığı zaman əməliyyatı tamamlamaq üçün Bankın istənilən ATM-indən xüsusi birdəfəlik şifrələr siyahısını əldə etməlidir. Bu siyahıdan sistem seçdiyi şifrəni xüsusi xanaya daxil edib təsdiqləməklə, alış-veriş əməliyyatı uğurla yekunlaşacaqdır. QEYD: Siyahı 20 şifrədən ibarətdir və hər bir şifrə 2-ci dəfə istifadə oluna bilməz!

•Bankın «SMS-Bildiriş» xidmətinə qoşulmayan Müştərisi «3D-Secure» xidmətini dəstəkləyən internet səhifə vasitəsilə daima alış-veriş əməliyyatları apararaq ATM şifrələr siyahısını istifadə etmək istəmədiyi halda, «AzəriCard» PM-nin https://acs.3dsecure.az/way4acs/enroll səhifəsində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmiş müştəri əməliyyatlar zamanı özü tərəfindən təyin edilmiş statik şifrədən istifadə edə bilər.

 

FAQ

Birdəfəlik SMS şifrə nədir?

«SMS Bildiriş» xidmətə qoşulmuş müştərinin mobil telefonuna SMS-lə gələn şifrədir.

Statik şifrə nədir?

Qeydiyyat zamanı müştəri tərəfindən təyin edilmiş şifrə tipidir.

 

 

Valyuta kalkulyatoru