Card to Card


Ümumi məlumat

Card to Card / Ümumi məlumat

Bu xidmət Azər Türk Bankın kart sahiblərinə ATM, “İnternet Banking” və “MobilBank” xidmətləri vasitəsilə kart hesabları arasında köçürmələri həyata keçirmək imkanı yaradır.

«Kart transfer» xidməti (köçürmə) - 0.15% (min. 0.60 AZN/USD/EUR)
«Kart transfer» xidməti (əməkhaqqı və depozit kartlarına vəsait daxil olduqda) - 1.00%(min.0.8 AZN), 4% (USD/EUR)

 

Bu xidmətin üstünlükləri

Card to Card / Bu xidmətin üstünlükləriBu xidmət vasitəsilə Siz günün istənilən vaxtı Azər Türk Bank və «AzəriCard» prosessinq mərkəzinə qoşulmuş və «Card to Card» xidmətindən istifadə edən bankların kartlarına pul göndərə bilərsiniz. Göndərilən vəsaitin məbləğinə limit tətbiq olunmur.

Qoşulma qaydası

Card to Card / Qoşulma qaydası

«Card to Card» əməliyyatı üçün “İnternet Banking”, “MobilBank” xidmətlərindəki mövcud imkandan yararlanmaq və ya bankın istənilən ATM-nə yaxınlaşıb aşağıdakı proseduru həyata keçirmək lazımdır.

1. ATM-yə plastik kartınızı daxil edərək, müvafiq dili seçin
2. Dili seçdikdən sonra, PIN kodunuzu daxil edin
3. Əsas menyuda “KART TRANSFER” bölməsini seçin
4. Pulu transfer etmək istədiyiniz kartın nömrəsini daxil edin
5. Kartın nömrəsini təkrar daxil edin
6. Növbəti menyuda valyutanı seçin
7. Transfer etmək istədiyiniz məbləği daxil edin
8. Növbəti menyuda məbləği təsdiq edin

«Card to Card» xidməti üzrə komissiyalar 0.15%(min.0.5AZN) , 4% (USD/EUR)

QEYD

“Cash to Card” xidməti vasitəsilə əmək haqqı və ya depozit kartlarına vəsait daxil edildiyi halda

- 1.00%(min.0.8 AZN), 4% (USD/EUR) həcmində komisyon vəsaiti qəbul edən kartdan tutulur

FAQ

Hansı bankların kartlarına vəsait göndərmək mümkündür?

Azər Türk Bank və «AzəriCard» prosessinq mərkəzinə qoşulmuş bütün bankların kart istifadəçilərinə vəsait göndərmək mümkündür.

 

Valyuta kalkulyatoru