Cash In


Ümumi məlumat

Cash-in / Ümumi məlumat

«Cash-in» və «Cash to any Card» xidmətləri Bankın iş rejimindən asılı olmadan, günün istənilən vaxtı şəxsi kartınıza və ya hər hansı digər karta pul vəsaitlərinin daxil edilməsini nəzərdə tutur.

Cash to any Card və Cash-İn xidmətləri üzrə komissiya haqqı tutulmur (depozit və əmək haqqı kartları üzrə aparılan əməliyyatlar istisna olmaqla). Əgər mədaxil olunan vəsaitlər kart hesabının valyutasından fərqlidirsə, avtomatik konvertasiya baş verir və buna görə də əlavə komisiya haqqı tutulur*.

QEYD: ABŞ dolları və Avro valyutasında olan kartlara “Cash İn” və “Cash to any Card” xidmətləri vasitəsilə manat vəsaitlərinin mədaxili zamanı mübadilə komisyonu dərəcəsi 4% təşkil edir.

 

Bu xidmətin üstünlükləri

Cash-in / Bu xidmətin üstünlükləri

  1. «Cash-İn» xidməti ilə Siz Banka müraciət etmədən kartınıza, «Cash to any Card» xidməti vasitəsilə isə ölkə xaricində olan yaxınlarınızın hesabına vəsait mədaxil edə bilərsiniz.
Qoşulma qaydası

Cash-in / Qoşulma qaydası

«CASH-İN» xidmətindən istifadə üçün:

·Kartı bankomata daxil edib, PİN-kodu yığıb, dili seçirsiniz
·CASH-İN funksiyasını və valyuta növünü seçirsiniz
·Əskinazları xüsusi slota daxil edib əməliyyatı təsdiqləyirsiniz
·Çap olunan qəbzi alırsınız.

«Cash to any Card» xidmətindən istifadə üçün:

·«Cash-in tipli ATM üzərində yuxarı sağ küncdə olan «CASH TO ANY CARD» düyməsini seçirsiniz
·Məbləği göstərib, pulu xüsusi slota daxil edirsiniz
·Kartın nömrəsini daxil edib təsdiqləyirsiniz
·Əməliyyatı həyata keçirib, qəbz alırsınız

Diqqət: Əməliyyatlar yalnız manat və ABŞ dollar valyutaları ilə həyata keçirmək mümkündür. Xüsusi slota bir əməliyyat üzrə maksimum 50 ədəd əskinaz daxil etmək olar.

 

FAQ

«Cash-in» və «Cash to any Card» xidmətləri hansı növ bankomatlarda həyata keçirilə bilər?

Bu xidmətləri yalnız «Cash-İn» tipli bankomatlarda həyata keçirilə bilərsiniz. Bunun üçün www.azerturkbank.az saytı vasitəsilə bankomatların ünvanlarını öyrənə bilərsiniz.

 

Valyuta kalkulyatoru