İnternet Bankçılıq


Ümumi məlumat

İnternet Bankçılıq / Ümumi məlumat

Müştərilərin vaxtına dəyər verən Azər Türk Bank Sizə bank hesablarının idarə edilməsi üçün rahat və keyfiyyətcə yeni vasitə olan «Internet Banking» xidmətini təklif edir. Artıq Siz banka müraciət etmədən İnternet şəbəkəsinə qoşulmuş kompüterdən istifadə edərək, bu xidmət vasitəsilə öz ödəmə kartlarınızı idarə edə bilərsiniz.

Üstünlükləri:

•sistem fasiləsiz çalışır, hər zaman aktivdir (24х7х365);
•sistemə dünyanın istənilən yerindən internet vasitəsilə daxil olmaq mümkündür;
•sistemdən istifadə etmək üçün heç bir əlavə proqram təminatı tələb olunmur;
•sistemin təhlükəsizliyi yüksək səviyyədə qorunur, birdəfəlik parollardan istifadə Sizin bank hesabınıza kənar müdaxiləni mümkünsüz edir.
Bu xidmətin üstünlükləri

İnternet Bankçılıq / Bu xidmətin üstünlükləri

•Hesabdan çıxarış (qeyri-aktiv kartlar daxil olmaqla);
•Kart Transfer;
•Ödənişlərin həyata keçirilməsi (mobil və stasionar rabitə, kommunal, İnternet);
•Kartın bloklanması. Bu əməliyyatdan sonra Sizin kartınız bloklanacaq. Bloklanmış kart ilə hər hansı əməliyyatın həyata keçirilməsi mümkün deyil. Kartı yenidən blokdan çıxarmaq üçün Banka müraciət etmək tələb olunur;
•Rekurent ödənişləri (Təkrarlanan ödəniş). Ödənişi yaratmaq üçün, müştəri müəyyən məlumatı daxil etdikdən sonra, ödənişin dövriliyini seçir. Bundan sonra sistem, müştərinin daxil etdiyi və seçdiyi məlumatlara əsaslanaraq avtomatik olaraq ödənişi həyata keçirir;
•Ödəniş şablonları. Ödəniş şablonu yaratmaq üçün müştəri tərəfindən lazımi məlumatlar sistemə daxil edilir və yadda saxlanılır. Növbəti dəfə həmin ödəniş üzrə təkrar əməliyyat aparmaq üçün məlumatların daxil olunmasına ehtiyac qalmır.

QEYD: Yuxarıda qeyd olunan əməliyyatları həyata keçirmək üçün birdəfəlik parolları daxil etmək lazımdır.

Qoşulma qaydası

İnternet Bankçılıq / Qoşulma qaydası

Qoşulmaq üçün elektron bank kartının mövcudluğu və birdəfəlik parollar tələb olunur. Sistemə bir neçə üsulla qoşulmaq mümkündür.

Üsul 1. Birdəfəlik parollar vasitəsilə qoşulma

Birdəfəlik parollarının siyahısını “AzəriCard” prosessinq mərkəzinə qoşulmuş istənilən bankın bankomatından əldə etmək olar. Bunun üçün aşağıdakı mərhələlərə əməl etmək lazımdır:

·kartı bankomata daxil etmək və PIN-kodu yığmaq;
·əsas menyuda “Xidmətlər” bölməsini seçmək;
·“Xidmətlər” bölməsində “IB parol siyahı” bölməsini seçmək.

Bundan sonra bankomat parolların siyahısını çap edəcək.

Bankomatda parollar siyahısını əldə etmək üçün istifadə etdiyiniz ödəmə kartının nömrəsini «Internet Banking» sisteminin internet səhifəsində “Yeni istifadəçinin qeydiyyatı” bölməsinə daxil edin və birdəfəlik parol vasitəsilə qeydiyyat növünü seçin. Bundan sonra, öyrətmələri izləyərək, birdəfəlik parolu (yalnız böyük latın hərflərini və rəqəmləri istifadə etmək lazımdır) və sistem tərəfindən tələb edilən nömrəni daxil edin, istifadəçi adı (loqin) və parol seçin. Bu loqin və parol vasitəsilə Siz gələcəkdə sistemə daxil ola biləcəksiniz.

Üsul 2. “Register by card number”

Əgər plastik kartınız SMS Notifications xidmətinə qoşulubsa, ATM-dən əldə olunan birdəfəlik parol siyahısından istifadə etmədən sistemdə qeydiyyatdan keçə bilərsiniz. Bunun üçün “Register by card number” bölməsini seçin və plastik kart nömrəsini daxil edin. Bundan sonra Sizin mobil telefonunuza SMS vasitəsilə birdəfəlik parol göndəriləcək. Həmin parolu ona məxsus olan sıraya daxil edin və standart sxeminə uyğun olaraq qeydiyyat prosesini davam etdirib istifadəçi adını və parolunu yaradın.

İnternet Banka keçid 

Diqqət

İnternet Bankçılıq / Diqqət

Diqqət! Birdəfəlik parollar “Internet Banking” sistemində təkcə sistemə qoşulmaq üçün yox, həm də sistemdə bəzi əməliyyatların təsdiq edilməsi üçün istifadə edilir (məsələn, kartdan karta KartTransfer pul köçürmələri). Bu parollar “Internet Banking” sistemində qeydiyyat aparılan zaman istifadə edilən kart ilə əldə edilən parollar olmalıdır. Ona görə də, birdəfəlik parollar siyahısının çekinini özünüzdə saxlamağınız tələb olunur.

Diqqət! Sizin yaratdığınız login və parol gizlidir və onu yalnız Siz bilməlisiniz. Ona görə də:

·öz login və parolunuzu heç vaxt açıqlamayın, kompüterdə saxlamayın, başqaları üçün əlçatan olacaq yerlərdə yazmayın;
·parol sadə olmamalıdır;

parolu düzgün tərtib etmək haqqında aşağıdakı tövsiyələrlə tanış olun:

- Əldə etdiyiniz kodların (birdəfəlik parolların) hər biri yalnız bir dəfə istifadə edilə bilər və təkrar istifadə üçün yararsızdır. Siz bütün parolları istifadə etmisinizsə, birdəfəlik parolların yeni siyahısını əldə edə bilərsiniz. Bu zaman köhnə siyahında istifadə edilməyən parollar avtomatik olaraq qüvvəsini itirir. Bu zaman Siz itmiş parolların başqasının istifadə edə bilməyəcəyinə əmin ola bilərsiniz.

Diqqət! Birdəfəlik parollar yalnız konkret müştəriyə (kartın sahibinə) məxsus olan və müştəri tərəfindən aparılan əməliyyatların təsdiqi üçün istifadə edilən gizli kodlardır. Bu, hesabın təhlükəsizliyinin vacib amillərindəndir. Unutmayın, birdəfəlik parolların istifadəsi ilə aparılan hər hansı bir əməliyyat kart sahibi tərəfindən aparılan əməliyyat kimi qəbul olunur və heç vaxt təkzib subyekti ola bilməz. Bu səbəbdən bu kodları heç vaxt digər şəxslərə göstərməyin və ötürməyin!

FAQ

Birdəfəlik parol nədir və onu necə əldə etmək olar?

Birdəfəlik parol müştəri (kart sahibi) tərəfindən əməliyyatın təsdiq edilməsi üçün istifadə olunan xüsusi gizli şifrədir.

Bidəfəlik parollar çekinin nümunəsi

Ödəmə aparılarkan Sizə təsdiqlənmə növlərinin seçimi təqdim olunacaq: One time password from ATM (receipt), Onetime password from mobile phone (yalnız MobilBank xidmətinin abunəçiləri üçün) və ya Onetime password via SMS.

“Onetime password via SMS” növünü seçərək, birdəfəlik parol SMS Notifications xidmətinə qoşulmuş mobil nömrəsinə göndərilir.

“Onetime password from mobile phone” növünü seçsəniz, Sizə xüsusi kod təqdim olunacaq. Həmin kodu «MobilBank»-ın müvafiq menyusunda daxil etməklə birdəfəlik parolu əldə etmək mümkündür.

 

Parolun düzgün tərtib qaydası necədir?

«Internet Banking» sistemində Sizin hesabınızın qorunması üçün parol mühüm bir vasitədir. Buna ciddi yanaşın! Əgər Siz kiminsə Sizin məlumatlarınıza çıxışı olduğunu hesab edirsinizsə, o zaman parolu dəyişin. Parolun tərtibi ilə bağlı aşağıdakılar tövsiyyə olunur:

“54321”, “qwerty”, “password” və s. kimi sadə parollardan istifadə etməyin. Öz adınızı, soyadınızı, doğum gününüzü, pasport nömrənizi və ya sadəcə adları və isimləri parol kimi istifadə etməyin! Bu cür parollar rahat ələ keçə bilər.

Parol:

  • 6 simvoldan az olmamalıdır;
  • loqin ilə eyni olmamalıdır;
  • böyük və kiçik latın hərflərindən ibarət olmalıdır;
  • tərkibində durğu işarəsi elementləri və (və ya) rəqəmlər olmalıdır;
  • sizin üçün yadda qalan olmalıdır.

 

Parolu necə dəyişdirmək olar?

«Internet Banking» sisteminə daxil olma parolunun dəyişdirilməsi üçün müvafiq sətirlərdə öz loqininizi, hazırkı parolunuzu və yeni parolu daxil edin. Uğurlu əməliyyatdan sonra köhnə parol etibarsız olacaq.

 

Parolu unutduqda nə etməli?

Əgər Siz «Internet Banking» sisteminə daxil olma parolunuzu unutmusunuzsa, sistemə birdəfəlik parol vasitəsilə daxil ola bilərsiniz. Birdəfəlik parollar siyahısını “AzəriCard” prosessinq mərkəzinə qoşulmuş istənilən bankın bankomatından əldə edə bilərsiniz. Lakin, sistemə daxil olarkən birdəfəlik parolları hər zaman yiğmamaq üçün qeydiyyatınızın «Internet Banking» sistemindən silinməsi üçün Banka müraciət edə bilərsiniz. Bundan sonra Siz yenidən qeydiyyatdan keçməli olacaqsınız.

Bu cür mexanizm Sizin hesabınızın təhlükəsizliyi üçün tətbiq edilir. Bankın əməkdaşları istifadəçilərin parollarını bilmir, çünki parollar sistemdə şifrələnmiş halda saxlanılır və onları bərpa etmək mümkün deyil.

Valyuta kalkulyatoru