Mobil Bankçılıq


Ümumi məlumat

Mobil Bankçılıq / Ümumi məlumat

Müxtəlif bank xidmətlərindən telefonda istifadə etmək imkanı verən ilk və ən funksional mobil tətbiqi olan MobilBank-ın 3-cü nəslini Sizə təqdim etməkdən qürur duyuruq.
Yeni versiyanın üstünlükləri:

1. Asan qoşulma

İndi MobilBank-a 5 fərqli üsulla qoşulmaq olar.

2. ATM-lərin, şöbə və filialların xəritəsi

İndi ölkənin istənilən yerində olarkən, Bankınızın filial, şöbə və ATM-lərinin cari koordinatlarını asan tapa biləcəksiniz. Obyektlər haqda informasiya daima yenilənir.

3. Daha uzunmüddətli çıxarış

İndi çıxarış son 1 ilin əməliyyatlarını əhatə edir. Yalnız əməliyyatlarınızın sayı çox olduğu təqdirdə, çıxarışda son 100 əməliyyatlarınızı görəcəksiniz. Gələcəkdə çıxarışda göstərilən əməliyyatların sayı artırılacaq.

4. Kartı blokdan açmaq

İndi istədiyiniz vaxt kartınızı blok edib daha sonra blokdan çıxara bilərsiniz (itirilmiş və oğurlanmış kartları istisna etməklə).

5. Axtarış imkanı

Şablonlarda və çıxarışda axtarış etmək imkanı, Sizə məlumatı daha əlçatan edəcək.

6. Yeni dizayn

MobilBank-ın yenilənmiş dizaynının zövqünüzcə olacağına ümid edirik. Şərhlərinizi gözləyəcəyik.

Bu xidmətin üstünlükləri

Mobil Bankçılıq / Bu xidmətin üstünlükləri

  1. Komunal, mobil rabitə, internet, kabel televiziyası və s. ödənişlər.
  2. AzəriKard prosessinq mərkəzinə qoşulmuş bankların kartlarına pul köçürmələri.
  3. Kartlarınızla apardığınız əməliyyatların çıxarışı.
  4. Kartınızı müvəqqəti olaraq bloklaşdırmaq və yenidən blokdan çıxartmaq (itirilmiş və oğurlanmış kartları istisna etməklə).
  5. Bankın bankomatlarının və filiallarının xəritədə təsviri.
  6. Kartın balansı haqqında məlumatın alınması (saytdan)
Qoşulma qaydası

Mobil Bankçılıq / Qoşulma qaydası

Bundan başqa proqrama daxil olmaq üçün 5 üsul var:

  1. İnternet Banking istifadəçisinin adı və şifrəsi – İnternet Banking-dən istifadə edirsinizsə, proqrama daxil olmaq Sizin üçün daha asandır. İnternet Banking xidməti haqda ətraflı məlumatı http://azerturkbank.az/cards/services/internet-banking/ www.azericard.com saytlarından tapa bilərsiniz.
  2. İnternet Banking istifadəçisinin adı və SMS ilə şifrə – Kartınız “SMS -Bildiriş” xidmətinə qoşulubsa və İnternet Banking istifadəçinin şifrəsini unutmusunuzsa, bu üsulu seçin və proqrama, telefonunuza gələcək SMS ilə daxil olun.
  3. İnternet Banking istifadəçisinin adı və ATM-dən alınan birdəfəlik şifrələr siyahısı ilə - İnternet Banking istifadəçinin şifrəsini unutmusunuzsa, bu üsulu seçin və proqrama, ATM-dən çıxarılan İB və 3D secure şifrələri (ATM-də "Xidmətlər" menyusunun, "İB və 3D secure parolları" altmenyusunu seçməklə alınır) ilə daxil olun.
  4. Kart nömrəsi və SMS ilə şifrə - Kartınız “SMS -Bildiriş” xidmətinə qoşulubsa, kartınızın nömrəsini yazın və proqrama, telefonunuza gələcək SMS ilə daxil olun.
  5. Kart nömrəsi və ATM-dən alınan birdəfəlik şifrələr siyahısı ilə - İnternet Banking istifadəçisi deyilsinizsə və kartınız “SMS -Bildiriş” xidmətinə qoşulmayıbsa, bu üsulu seçin və proqrama, kartınızın nömrəsi və ATM-dən çıxarılan İB və 3D secure şifrələri (ATM-də "Xidmətlər" menyusunun, "İB və 3D secure parolları" altmenyusunu seçməklə alınır) ilə daxil olun.

Bu proqram təminatını AndroidiOS versiyalı smartfon sahibləri “GooglePlay” və “AppStore”-dan yükləyə bilər. Bu tətbiq olduqca asan və müştəriyönümlüdür, geniş imkanlara malikdir, tamamilə ödənişsizdir.

Keçid linki (Android):
https://play.google.com/store/apps/details?id=com.openwaygroup.WAY4MobilWEBATB.app&hl=ru

Keçid linki (iOS):
https://appsto.re/az/IpGZ_.i

FAQ

Məlumatların təhlükəsizliyi necə qorunur?

  1. Bütün ötürülən məlumat şifrələnir
  2. Xüsusi kitabxanalar ötürülən məlumatın təhlükəsizliyinə zəmanət verir
  3. Midlet icazəsiz telefon istifadəsini aradan qaldıran xüsusi PİN kodla təmin olunmuşdur
  4. Məlumatlar midletdə saxlanılmır. Hostda yoxlanılır

«MobilBank» xidmətini telefona necə yükləmək olar?

Bu proqram təminatını AndroidiOS versiyalı smartfon sahibləri “GooglePlay” və “AppStore”-dan yükləyə bilər. Bu tətbiq olduqça asan və müştəriyönümlüdür, geniş imkanlara malikdir, tamamilə ödənişsizdir.

Keçid linki (Android):
https://play.google.com/store/apps/details?id=com.openwaygroup.WAY4MobilWEBATB.app&hl=ru

Keçid linki (iOS):
https://appsto.re/az/IpGZ_.i

Valyuta kalkulyatoru