Premium xidmətlər


  • «LoungeKey» – hava limanlarına VIP zallardan istifadə imkanı
  • «MC Concierge» – konsiyerj xidmətləri
  • TRAVEL ASSISTANCE – xaricə səfər zamanı müxtəlif dəstək və yardım

TRAVEL INSURANCE – xaricə səfər zamanı müxtəlik risklərdən  €50,000 – dək sığortalanma

Premium xidmətlər barədə:

«Lounge» – MasterCard şirkətinə məxsus, dünyanın bir çox ölkələrinin paytaxtları və böyük şəhərlərində yerləşən hava limanlarında fəaliyyət göstərən «MasterCard Lounge»-lardan pulsuz istifadə imkanı.

«LoungeKey» – xidmət  dünyanın 600-dən artıq beynəlxalq hava limanında birinci dərəcəli və VİP-zallara giriş imkanını verir. Kart sahibi biznes-xidmətlərdən (telefon, faks, danışıqların aparılması üçün otaq və s.), həmçinin bəzi hallarda İnternetdən istifadə, müxtəlif telekanallara baxma və digər xidmətlərdən istifadə etmək hüququna malikdir. VİP-zala çıxış əldə etmək üçün «LoungeKey» xidmətini üzv olan kartı təqdim etmək kifayətdir. Kart sahibi onu yola salan şəxsləri və biznes üzrə tərəfdaşlarını da (VİP-zalların şərtlərindən asılı olaraq 10 adama qədər) özü ilə zala dəvət edə bilər. Xidmətdən istifadə haqqısı $30.00 təşkil edir (hər bir şəxs üçün).

«MC Concierge» – 365/24/7 vaxt rejimində kart sahibinin dünyanın istənilən nöqtəsində arzu və istəklərin gercəkləşməsində yardımçı olacaq şəxsi menecer xidmətidir. Bahalı otellərdə bron etmə, qapalı ziyafətlərə və klublara keçid, incəsənət və kino premyeralarında iştirak, dəbli butiklərə buraxılış və bir çox digər imkanlar kart sahibinə açılmış olur. Xidmətdən faydalanmaq üçün xüsusi nömrəyə zəng edib şəxsi menecerlə əlaqə saxlanılması yetərlidir.

TRAVEL ASSISTANCE – xidmət çərçivəsində müştərilər xarici səfər etdikləri ölkəyə dair ətraflı bilgilər, viza və sair sənədləşmələrdə yardım, yerli valyuta dəyişmə məzənnələri barəsində məlumat, itirilmiş baqajın tapılmasında və çaldırılmasında dəstək və sair imkanlardan faydalana bilər .

TRAVEL INCURANCE – «Atəşgah Sığorta» şirkəti tərəfindən təqdim edilən səyahət sığortası xidməti çərçivəsində, kart sahibi xaricə səfər zamanı müxtəlif bədbəxt hadisələrdən, maliyyə itkilərindən 50,000 Avro məbləğinədək sığortalanmış olur.

 

Valyuta kalkulyatoru