“Azər-Türk Bank” ASC-də beynəlxalq əməliyyatlar üzrə avtorizasiya kanalının ölkədaxili prossesinq mərkəzlərindən birində saxlamaq şərti ilə İnHouse Prossesinq mərkəzinin yaradılması xidmətinin satınalınması üzrə Açıq Tender elanı




Tender 1 (bir) lot üzrə keçirilir:
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (Satınalma komissiyasının adına);
  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • auditor xidməti ilə məşğul olmaq üçün qüvvədə olan xüsusi razılığın (lisenziyanın) mövcud olması;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri və təklifləri möhürlənmiş ikiqat zərfdə 20 iyul 2018-ci il saat 16:00-a qədər Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85: 192/193 ünvanında yerləşən “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin İnzibati İşlər Departamentinə təqdim etməlidirlər.

İştirakçıların təklifləri Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85: 192/193 ünvanında yerləşən “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətində 20 iyul 2018-ci il saat 17:00-da açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru “Azər–Türk Bank” ASC-də Satınalmaların təşkili və idarə olunması qaydalarına uyğun keçiriləcəkdir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.


Valyuta kalkulyatoru