Azər Türk Bank "Asan Məktub" layihəsi üzrə təşəkkürnamə ilə təltif edildi | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Azər Türk Bank "Asan Məktub" layihəsi üzrə təşəkkürnamə ilə təltif edildi




Azər Türk Bank Asan Məktub layihəsi üzrə təşəkkürnamə ilə təltif edildi

Hazırda ölkəmizdə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilməkdədir. Onlardan biri də ”ASAN Könüllüləri” Təşkilatının “Asan məktub” layihəsidir. Bu layihənin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik olan ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq, bununla da təmənnasız olaraq uşaqlara sevinc yaşatmaq, fərəhləndirməkdir. “ASAN məktub” layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.
Ölkənin müxtəlif bölgələrindən olan uşaqların “Asan məktub”a ünvanlandığı onlarla müraciətdə bildirilən arzu və istəklərin həyata keçirilməsində Azər Türk Bank da dəfələrlə dəstəkçi olmuşdur.

Bu günlərdə “ASAN Məktub” layihəsinin 3 yaşı ilə əlaqədar “ASAN Məktub” 3 yaş - Əlçatan Arzuları Sən Gerçəkləşdir” tədbiri keçirilib. Tədbirdə layihənin fəal tərəfdaşlarından olan Azər Türk Banka  təşəkkürnamə təqdim edilib. 


Valyuta kalkulyatoru