Azər Türk Bank və MİDA əməkdaşlığa başlayır | Azər Türk Bank | Dövlət bankınız

Azər Türk Bank və MİDA əməkdaşlığa başlayır




Azər Türk Bank və MİDA əməkdaşlığa başlayır

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklarından biri olan və Mənzil İnşaatı Dövlət Agentliyin tabeliyindəki “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalamış Azər Türk Bank tərəfindən də təmin ediləcək.

22 ildir fəaliyyət göstərən və hazırda Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Qəbələ və Şirvanda yerləşən xidmət şəbəkəsi ilə müştərilərinin rahatlığına təmin edən Azər Türk Bank, maliyyə göstəricilərinə görə ölkənin qabaqcıl banklarından biridir.

Azər Türk Bankın bu əməkdaşlığa qoşulmasında məqsəd əhalinin mənzil təminatının yaxşılaşmasına dəstək verməkdir.

Bankın dünyanın aparıcı maliyyə-kredit təşkilatları, o cümlədən Citibank (ABŞ), Raiffeisenbank AG (Avstriya), Commerzbank AG (Almaniya), T.C.Ziraat Bankası A.Ş.(Türkiyə) kimi iri banklarla müxbir əlaqələri mövcudluğu bankın nüfuzlu maliyyə təşkilatı olduğunun göstəricisdir.


Valyuta kalkulyatoru