Ad günümüz bitdi, kampaniyalar bitmədi




Ad günümüz bitdi, kampaniyalar bitmədi

Dövlət bankı Azər Türk Bank 1 avqust 2017-ci il tarixindən yeni kampaniyalara start verib.

Kampaniya müddəti ərzində bankdan plastik kart alan müştəri, özü və ya istədiyi şəxs üçün ikinci kartı pulsuz əldə etmək imkanına malikdir.

Eləcə də səyahət etmək arzusunda olan şəxslər səyahət barədə hər hansı bir sənədi təqdim edərək, istənilən valyutada hesab açmaqla, pulsuz debet kart sahibi ola bilərlər. Belə ki, müştəri səyahət edəcəyini bildirən sənədləri təqdim etməklə, minimum 500 AZN/USD/EUR mədaxil edərsə, MasterCard Gold, 1 000 AZN/USD/EUR mədaxil edərsə MasterCard Platinum kart əldə etmiş olacaq.

Xatırladırıq ki, Azər Türk Bankın  kart müştərisi olmaq üçün banka gəlmədən onlayn kart sifarişi də mümkündür. Bu zaman öncədən ödənişə ehtiyac yoxdur. Müştəri hazır kartı almaq üçün banka gəldiyi zaman ödənişi həyata keçirəcəkdir.

Bankın əmanətçiləri də kampaniyadan faydalana biləcəklər. Belə ki, Banka ən azı 30 min AZN əmanət yerləşdirən müştərilər filiallardakı depozit qutularından üç ay müddətində pulsuz istifadə edəcəklər.

Kampaniyaların bitmə tarixi isə 1 noyabrdır.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.


Valyuta kalkulyatoru