Dövlət Bankı məcmu kapitalının adekvatlığı 40 faizi ötmüşdür




Dövlət Bankı Azər Türk Bankın mətbuat xidməti bildirir ki, 30 iyun 2017-ci il tarixinə Bankın aktivləri 311 623 min manat səviyyəsində olmuşdur. Kredit portfelinin həcmi 126,7 milyon manat təşkil etmişdir. Bankın məcmu kapitalı, tutulmalardan sonra, 54 811 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 40,84 faiz səviyyəsindədir.

Ümumi gəlirlər 12 milyon 544 min manat, xərclər 11,1 milyon manat təşkil etmiş, bankın xalis mənfəəti 1 milyon 430 min manatdan çox olmuşdur Dövlət Bankının depozit potfeli 206,3milyon manat həcmindədir.

Azər Türk Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir. 22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.


Valyuta kalkulyatoru