Azər Türk Bank’ın müştərilərinin sayı artmaqdadır




Azər Türk Bank mətbuat xidmətindən aldığımız xəbərə görə, təkcə ötən ilin dekabr ayı ərzində 58 müəssisə və təşkilat Azər Türk Bankla əməkdaşlığa üstünlük verərək bu bankda hesab açmış, 414 müştəri bankın plastik kartlarına sahiblənmişlər. Beləliklə, 01 yanvar 2017-ci il tarixinə Bankın hüquqi və fiziki şəxs olan müştərilərinin sayı 10 600 nəfəri keçmişdir. Kart müştərilərinin sayı isə 27 960 nəfər olmuşdur.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


Valyuta kalkulyatoru