“E-Bank” İnternet Bankçılıq xidmətinin dayandırılması ilə bağlı bildiriş | Azər Türk Bank | Sizin Dövlət Bankınız

“E-Bank” İnternet Bankçılıq xidmətinin dayandırılması ilə bağlı bildiriş




Hörmətli Müştərilər,
Nəzərinizə çatdırmaq istəyirik ki, Bankımız istehsalçı şirkət tərəfindən artıq dəstəklənməyən və bu səbəbdən artıq müasir tələblərə cavab verməyən “E-Bank” korporativ bankçılıq xidmətinin (https://ebank.azerturkbank.az/ebank/aze) 01.09.2019-cu il tarixindən etibarən dayandırılmasına qərar vermişdir.
Bildiyiniz kimi,  hər zaman öz müştərilərinin rahatlığını düşünən “Azər Türk Bank” cari ilin aprel ayında korporativ müştərilər üçün nəzərdə tutulan müasir və təhlükəsiz, tamamilə yeni platforma üzərində qurulmuş “ATB Business” internet bankçılıq xidmətini onların ixtiyarına verib.
Yeni “ATB Business” xidməti “E-Bank” sistemindən və rəqiblərin analoji təkliflərindən fərqli olaraq bir sıra üstünlüklərə malikdir. Son texnologiyaların tətbiqi sayəsində xidmətdən istifadə intuitiv şəkildə aparılır, bir çox hallarda qayda və təlimatlara müraciət etməyə ehtiyac qalmır.  Bundan başqa, yeni platforma üzərindən aparılan bütün əməliyyatlar xüsusi, endirimli tariflərlə həyata keçiriləcəkdir. Ölkədə ilk dəfə Bank bu internet bankçılıq xidməti çərçivəsində “Korporativ Cash-Back” loyallıq proqramını təqdim edir ki, aparılmış əməliyyatlara görə tutulan komissiya haqqının bir hissəsi müştəriyə bonus ballar şəklində geri qaytarılacaqdır. Toplanmış balların istənilən vaxt nağdlaşdırılması mümkündür.
Ətraflı: http://azerturkbank.az/services/corporate-ib/info/
“E-Bank” korporativ bankçılıq xidməti istifadəçiləri avtomatik şəkildə yeni “ATB Business” xidmətində qeydiyyatdan keçirilmişdir. Odur ki, bank əməliyyatlarınızın yeni platforma üzərindən icra edilməsini Sizdən xahiş edirik.
Suallarınız yarandığı təqdirdə əlaqə nömrələri: (+99412) 404 14 54  (daxili: 4102, 4103, 4104)
Hörmətlə,
Azər Türk Bank


Valyuta kalkulyatoru