Azər Türk Bank birinci rübü mənfəətlə başa vurdu




Dövlət bankı Azər Türk Bankın 01 aprel 2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 312,3 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 116,9 milyon ma nat təşkil etmişdir.

Ümumi gəlirlər 15,5 milyon manat , xərclər 15,3 milyon manat olmuşdur. Birinci rübdə Bank 192 min manat həcmində xalis mənfəət əldə etmişdir.

Məcmu kapitalın həcmi 53,7 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlıq əmsalı 28,5 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.

Hesabat dövrünün sonuna Bankın likvidlik əmsalı 106% səviyyəsində olmuşdur. Xatırladaq ki, bu göstərici üzrə norma 30% səviyyəsində müəyyən edilmişdir.

Bank 161,8 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 77,2 milyon manatı əhalinin ilin əvvəlindən bəri həcmi 2,6 faiz artmış əmanətləridir.

Hazırda dövriyyədə Banka məxsus 39 200-dən artıq aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Cari ilin ilk üç ayı ərzində Bankın müştərilərinin sayı 16% artaraq 28 594 nəfərə çatmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.


Valyuta kalkulyatoru