Azər Türk Bankın nümayəndələri Gəncədə təhsil alan tələbələrə və məzunlara təlim keçmişlər




Azər Türk Bankın nümayəndələri Gəncədə təhsil alan tələbələrə və məzunlara təlim keçmişlər

Mayın 24-də Azər Türk Bank Gəncə şəhərində maliyyə-iqtisad yönümlü fakültələrdə təhsil alan tələbələr və məzunlar üçün Gəncə Dövlət Aqrar Universitetində təlim keçirmişdir.

Tədbiri açan Gəncə Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov iştirakçıları salamlamış, Azər Türk Bankın bu təşəbbüsünü alqışlamışdır.

Tədbirdə Bankın rəhbər işçiləri “Vaxtın səmərəli idarə edilməsi” və “Müasir dövrdə bank sektorunda marketinq və PR-ın rolu” mövzularında ­­­çıxış etmişlər.

Təlimin əsas məqsədi regionlardakı gənclərin maarfiləndirilməsi, gələcəkdə bank sahəsində çalışacaq kadrların hazırlığına dəstəkdir.

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilmiş, təlimdə fəallığı ilə seçilən on tələbəyə Azər Türk Bank adından korporativ hədiyyələr təqdim edilmiş, iki tələbə isə Bankın Gəncə filialında 1 ay müddətində təcrübə keçmək imkanı qazanmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.


Valyuta kalkulyatoru