Azər Türk Bank “Hədiyyələr bitmir” kampaniyasına başlayır | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Azər Türk Bank “Hədiyyələr bitmir” kampaniyasına başlayır




2019-cu il iyul ayının 11-də dövlət bankı Azər Türk Bankın fəaliyyətinin 24 ili tamam olur. Bununla əlaqədar olaraq, Bank “Hədiyyələr bitmir” adlı  kampaniyaya start verir.

1 iyul - 31 avqust tarixləri arası davam edəcək kampaniya çərçivəsində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 3%-dək endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 17%-lə hesablanacaqdır.

Kreditin müddəti

Kampaniya üzrə faiz dərəcəsi

12 ay

17%

24 ay

20%

36 ay

23%

Bundan başqa doğum günü iyul ayına təsadüf edən müştərilərimiz üçün kreditin rəşmiləşdirilməsi komissiya(1%) tutulmadan həyata keçiriləcəkdir.

Həmçinin, fiziki şəxslər üçün nəzərdə tutulmuş 65 günədək güzəşt müddətli və güzəşt müddəti olmayan kredit kartı əldə edən müştərilərə, kreditin müddətinə uyğun olaraq, Visa Gold və ya MC Gold kartı Bank tərəfindən hədiyyə edilir.

Plastik kart sahibi olmaq istəyən şəxslər üçün Azər Türk Bank xüsusi endirimlər təklif edir. Belə ki, kampaniya müddətində debit kartın alınması üçün müraciət edən müştərilərə bir illik MC Debit kartı hədiyyə olunacaqdır. Digər kartların qiymətlərinə isə 50% endirim tətbiq edilir. Eləcə də, doğum günü iyul ayına təsadüf edən müştərilərə VISA Gold kartı pulsuz veriləcəkdir.

Qeyd edək ki, plastik kartları banka gəlməklə, yaxud onlayn sifariş vermək mümkündür. 
Daha ətraflı məlumatı  www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.                              


Valyuta kalkulyatoru