Azər Türk Bank gənclər üçün növbəti təlimlərə başlayır




Azər Türk Bank gənclər üçün növbəti təlimlərə başlayır

Noyabrın 14-də Dövlət bankı Azər Türk Bank və ASAN School-un birgə təşkilatçılığı ilə ASAN könüllüləri üçün bankçılıq sahəsi üzrə növbəti təlimlərə start verilir. Bir ay ərzində həftədə iki dəfə keçiriləcək bu təlimlər "ASAN School" könüllülük proqramının biznes menecment istiqaməti üzrə reallaşdırılan “Master 2” pilləsidir.

Təlimlərin keçirilməsində məqsəd iqtisadiyyat və maliyyə üzrə təhsil almış gənclərin bank sektoru ilə bağlı bilik və bacarıqlarının artırılmasına, onların fərdi və peşəkar inkişafına dəstək olmaqdır. Təlimləri uğurlu nəticələrlə başa vurmuş gənclərə sertifikatlar təqdim ediləcək və ən aktiv iştirakçılar, ənənəvi olaraq, Azər Türk Bankın təcrübə proqramına cəlb ediləcəklər.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində rolu olan Azər Türk Bankın bu layihədə iştirakında niyyəti gənclərin maliyyə-kredit sahəsində püxtələşməsi, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə onlara yaxından kömək etməkdir. Qeyd edək ki, bu ilin may ayında Qəbələ şəhərində baş tutan uğurlu təlimlərdən sonra Azər Türk Bankın “Qəbələ” şöbəsində təcrübə keçmək hüququ qazanmış gənclərdən biri həmin şöbədə işlə təmin edilmişdir.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


Valyuta kalkulyatoru