Dövlət bankı bayram günlərində xidmət göstərəcək




Dövlət Bankı – Azər Türk Bank Qurban bayramı münasibətilə müştərilərini təbrik edərək bildirir ki, bayram günləri olan 1-2 sentyabr tarixlərində saat 10:00-dan 19:00- dək Bankın 28 may küçəsi, 64/75 ünvanda yerləşən “Bakı” filialı, sentyabrın 3-də (10:00-19:00) Fəzail Bayramov küçəsi, 6 ünvandakı 2 saylı şöbəsi, 4 sentyabrda isə (10:00-20:00) H.Əliyev pr.115 ünvandakı (5 saylı "ASAN Xidmət" Mərkəzi) 1 saylı şöbəsi və Qəbələ şəhərindəki “Qəbələ” şöbəsi saat 09:00-dan 19:00-dək müştərilərə xidmət göstərəcəkdir.

Dövlət bankı – Azər Türk Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


Valyuta kalkulyatoru