Azər Türk Bank gender bərabərliyinə dəstək verir




Azər Türk Bank gender bərabərliyinə dəstək verir

Bu gün ölkəmizdə gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə beynəlxalq konvensiyalara qoşulmuş, sənədlərə imza atmışdır. Ölkə hüdudlarında da bu istiqamətdə mühüm addımlar atılmışdır. Qadın hüquqları ilə əlaqədar parlamentimiz tərəfindən mühüm qanunlar, o cümlədən gender bərabərliyinin təminatları haqqında qanunun qəbul edilməsi buna bariz misaldır. Ölkəmizdə gender strategiyasını inkişaf etdirmək üçün milli mexanizm yaradılmışdır.

Artıq neçə ildir ki, bu mövzuya həsr olunmuş beynəlxalq tədbirlərin məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun və qadın hüquqlarının təşviqinə dəstək verməsinin göstəricisidir.

Bu sıradan olan tədbirlərdən biri yanvarın 26-da Beynəlxalq Muğam Mərkəzində baş tutdu.

Azərbaycanda İnformasiya texnologiyaları sahəsində qadınların əldə etdiyi uğurlu innovasiyanın tanınmasına həsr olunmuş "AWITA 2017 - AZERBAIJAN WOMEN in IT AWARD" mükafatlandırma mərasimi Azərbaycanda texnologiya sahəsində mövcud olan gender bərabərsizliyi ilə mübarizəyə həsr olunmuş ən böyük tədbirdir.

Sektordakı peşəkar nailiyyətləri və əhəmiyyətli nəticələri ilə seçilən xanımlar (İlin Novatoru,İlin Proqramçısı, İT sahəsində ilin tələbəsi,Ucqar bölgədə İT sahəsinə verilən töhfə və sair) 15 nominasiya üzrə mükafatlandırıldılar.

Azərbaycanın İT sahəsindəki ən nüfuzlu 100 liderinin toplaşdığı mərasim Azərbaycan Qadını İT-də Klubu, “Femmes Digitales” tərəfindən təşkil edilmiş “AWITA 2017” ticarət assoasiyaları, ictimai-siyasi xadimləri və iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlərin dəstəyi ilə ərsəyə gəlmişdir.

Azər Türk Bank olaraq tədbirin sponsorları sırasında yer almağımız, belə bir əhəmiyyətli hadisəyə dəstək vermək, onun gerçəkləşməsində iştirak etməklə dövlətimizin qender bərabərliyi siyasəti sahəsində nailiyyətlərinə kiçik bir töhfəmizlə qürur duyuruq.


Valyuta kalkulyatoru