Yeni kart prosessinq mərkəzi | Azər Türk Bank | Sizin Dövlət Bankınız

Yeni kart prosessinq mərkəzi




Hörmətli müştərilərimiz.

Diqqətinizə çatdırırıq ki, daim sizlərin rahatlığını düşünən dövlət bankı Azər Türk Bank nağdsız hesablaşmaların inkişaf etdirilməsi istiqamətində görülən işlər sırasında daha bir yeniliyə imza ataraq, xidmət keyfiyyətinin daha da artırılması məqsədi ilə  özünün kart prosessinq mərkəzini yaratmışdır.
Müasir dünyanın meyarlarına tam cavab verən bu prosessinq mərkəzi cari ilin 7 noyabr tarixindən öz işinə başlayacaqdır.
Göstərilən tarixdə, yeni sistemə keçidlə əlaqədar olaraq, ödəniş kartları ilə ATM, POS-terminallar vasitəsilə aparılan, həmçinin onlayn əməliyyatlarda fasilələr yarana bilər.  Eləcə də Mobil bank xidməti müvəqqəti olaraq bir müddət işləməyəcəkdir.
Nəzərə almanızı xahiş edir və yaranacaq narahatlığa görə üzr istəyirik.
Ətraflı məlumatı WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


Valyuta kalkulyatoru