“SABAH” tələbələrinin sabahı üçün




“SABAH” tələbələrinin sabahı üçün

Təhsil Nazirliyində “SABAH” qrupları Karyera Akademiyasının təqdimat mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “SABAH” qrupları layihəsinin əməkdaşları, akademiyanın rəsmi tərəfdaşlarından olan Azər Türk Bankın rəhbərliyi də iştirak etmişlər.

Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. Layihə sonuncu kursda təhsil alan “SABAH” qrupu tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. Qeyd edilmişdir ki, ötən tədris ilindən başlayaraq 44 ixtisas üzrə 600 nəfərə yaxın SABAH tələbəsinin 38 dövlət və özəl strukturda təcrübə keçdiyini deyib.

Azər Türk Bank ilə Təhsil Nazirliyi arasında əldə olunan razılığa əsasən maliyyə ixtisası üzrə təhsil alan SABAH tələbələrinin bir qrupu Bankın müxtəlif strukturlarında təcrübə keçəcək, bank işinin incəliklərini öyrənəcəklər.

Qeyd etmək lazımdır ki, Azər Türk Bank gənc nəslin inkişafına öz töhfəsini əsirgəməyən təşkilatlardandır.


Valyuta kalkulyatoru