Azər Türk Bank Gənc Biznesmenlərə dəstək olacaq.




Bu günlərdə “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Azərbaycan Biznes Keys müsabiqəsi (Azerbaijan Business Case Competition) Bakıda start götürəcəkdir.

Ali təhsil ocaqlarını təmsil edən tələbə komandalarının iştirakı ilə keçirilən bu müsabiqədə gənclər maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə qazandıqları biliklərin tətbiqi yolu ilə, təqdim edilən real biznes problemlərinin optimal həll yollarını göstərəcək, nəticələr isə mötəbər münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblər müəyyən olunacaqdır.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, səhmlərinin 75 faizi dövlətə məxsus Azər Türk Bank, ölkədə 15-ci dəfə dəfə baş tutan bu mühüm əhəmiyyətli tədbirin də tərəfdaşı qismində çıxış edir. Daim yenilikçi və innovativ olan Azər Türk Bankın bu layihədə iştirak etməkdə niyyəti gənclərin iqtisadi sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməkdə, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə onlara dəstək vermək, nəticə etibarilə gənc intellektualların ölkənin biznes mühitinə cəlb edilməsinə vəsilə olmaqdır.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


Valyuta kalkulyatoru