Azər Türk Bank ödəniş kartları üzrə kampaniyaya başlayır | Azər Türk Bank | Dövlət bankınız

Azər Türk Bank ödəniş kartları üzrə kampaniyaya başlayır




Azər Türk Bank ödəniş kartları üzrə kampaniyaya başlayır

Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar başladığı kampaniyaları davam etdirməkdədir.

Növbəti kampaniyada ödəniş kartlarının əldə edilməsində güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur. Belə ki, 29 may-29 iyun tarixləri ərzində müştərilər ödəniş kartının dəyərinin yalnız 28 faizini ödəməklə xüsusi imkan və üstünlüklərə malik Mastercard Gold və Mastercard Platinum kartlarına sahib ola biləcəklər.
Məsələn, tarif üzrə qiyməti 100 manat olan üç illik MC Platinum kartını müştəri kampaniya müddətində cəmi 28 manat ödəməklə əldə edə bilər.

Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ saytından onlayn sifariş vermək olar. Sifariş üç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirlir.

Qeyd edək ki, Mastercard Gold sifariş edən müştəri karta 500 AZN və ya bu məbləğ ekvivalentində xarici valyuta mədaxil edərsə, həmin kart müştəriyə hədiyyə olunur.

Bu barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


Valyuta kalkulyatoru