Uşaq sevinirsə, dünya sevinir




Uşaq sevinirsə, dünya sevinir

Bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimiz tərəfindən uşaqların fiziki və mənəvi inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görülmüş və görülməkdədir.

Hazırda ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilməkdədir. Onlardan biri də ”ASAN Könüllüləri” Təşkilatının “Asan məktub” layihəsidir. Bu layihənin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik olan ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq, bununla da təmənnasız olaraq uşaqlara sevinc yaşatmaq, fərəhləndirməkdir. “ASAN məktub” layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.

Ölkənin müxtəlif bölgələrindən olan uşaqların “Asan məktub”a ünvanlandığı 22 müraciətdə bildirilən arzu və istəklərin həyata keçirilməsi üçün 30 yanvarda təşkil edilmiş görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, ““ASAN Könüllüləri” Təşkilatının nümayəndələri, Azər Türk Bank nümayəndələri, eləcə də uşaqlar və onların valideyinləri iştirak edirdilər. Uşaqlar ilk öncə əyləncə proqramını seyr etmişlər, sonra fidan balalara təntənəli şəkildə hədiyyələr təqdim olunmuşdur. Uşaqlar öz məktublarında nəyi arzu etmişdilərsə, böyüklərin körpələrə olan sevgisi sayəsində əldə etdilər. Tədbirin sonunda kiçik qonaqlar gözlərində bir dünya sevinclə təşkilatçılara minnətdarlıqlarını bildirdilər.


Valyuta kalkulyatoru