Azər Türk Bankın illik xalis mənfəəti 7,4 milyon manat olmuşdur




Azər Türk Bankın illik xalis mənfəəti 7,4 milyon manat olmuşdur

Azər Türk Bankın mətbuat xidməti bildirir ki, 01 yanvar 2017-ci il tarixinə Bankın aktivləri 475 794 min manat səviyyəsində olmuşdur. Kredit portfelinin həcmi 150 162 min manat təşkil etmişdir. Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 milyon manat artaraq, 57,6 milyon manata çatmışdır.

Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,07 faiz, kapitalın gəlirliliyi (ROE) 15,39 faiz təşkil etmişdir.

Ötən il ərzində Bank 267 976 min manat həcmində depozit cəlb etmişdir ki, bunun da 135 954 min manatı əhalinin əmanətləridir.

Ümumi gəlirlər 47 365 min, xərclər 37 773 min manat təşkil etmiş, bankın xalis mənfəəti 7,4 milyon manata yaxın olmuşdur.

Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.


Valyuta kalkulyatoru