Sənədli akkreditivlər


Akkreditiv – xarici ticarət əməliyyatları üzrə ümumi qəbul olunmuş ödəniş üsuludur və dünyanın bir çox ölkələrində mövcud olan daha çevik və təhlükəsiz hesablaşma formasıdır. Sənədli akkreditivin istifadəsi əvvəlcədən ödəniş etməməyə imkan verir. Hesablaşmanın bu forması həm mal və ya xidmət satıcısının, həm də alıcının maraqlarını yüksək dərəcədə qoruyur.

Bank aşağıdakı xidmətləri göstərir:

  • Akkreditivlərin açılması, təsdiqi, avizo edilməsi və transferi, akkreditivlərlə hesablaşmalar üzrə digər əməliyyatların (şərtlərin dəyişdirilməsi, sənədlərin yoxlanılması, ödənişlərin həyata keçirilməsi) aparılması.
  • Müştərilərin öz vəsaitləri hesabına idxal akkreditivlərin açılması.
  • Bankın kredit xətti hesabına idxal akkreditivlərin açılması.
  • Yüksək reytinqli müxbir banklar tərəfindən akkreditivlərin təsdiqedilməsi.

“Azər Türk Bank” ASC aşağıdakı akkreditiv növlərindən istifadə edir:

  • Ləğv edilməz akkreditiv.
  • Geri çağırıla bilən akkreditiv.
  • “Stand-by” akkreditivi.
  • Revolver akkreditivi
  • Təsdiqlənmiş akkreditiv.
  • Təsdiq olunmamış akkreditiv.
  • Köçürülə bilən akkreditiv.
  • “Back-to-back” akkreditiv.

Valyuta kalkulyatoru