E-bank


«E-Bank» nədir?

Hər zaman öz müştərilərinin rahatlığını düşünən və informasiya texnologiyalarının inkişafı üzrə mütəmadi innovativ layihələr həyata keçirən Azər-Türk Bank müasir və təhlükəsiz “E-bank” internet bankçılıq xidməti təqdim edir. Bu xidmət vasitəsilə Azər-Türk Bank korporativ və fərdi sahibkar olan müştərilərinə hesab əməliyyatlarını sürətli və daha təhlükəsiz şəkildə həyata keçirmək imkanını yaradır. Belə ki, «E-Bank» vaxta qənaət etməyə, bank əməliyyatlarını sutkanın istənilən vaxtında, dünyanın istənilən nöqtəsindən, İnternetə qoşulmuş istənilən kompüterdən təhlükəsiz və sadə şəkildə yerinə yetirməyə kömək edir.

ASAN İMZA nədir?

Asan İmza (Mobile ID) xidməti vasitəsi ilə Siz dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni əldə edə, elektron mühitdə şəxsiyyətinizi təsdiq edə və sənədlərə elektron imzanızı qoya bilərsiniz. “Asan İmza” xidmətində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları xidmət istifadəçilərinə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.

  • Xidmətdən istifadə etmək üçün ilk olaraq Asan İmzalı SIM- kart, daha sonra autentifikasiya və elektron imza sertifikatları əldə edilməlidir.
  • Abunəçi ”Asan İmza” xidmətinə qoşulmaq üçün istifadə etdiyi mobil operator ofislərinə və ya “ASAN Xidmət” mərkəzlərinə yaxınlaşmalıdır.

Valyuta kalkulyatoru