Ekvayrinq


Bu xidmət sahibkara müştəridən  mal və ya xidmət müqabilində nağdsız və müasir hesablaşma vasitəsi kimi plastik kartları almaq imkanı verir. Ekvayrinq – bank ilə ticarət və xidmət obyektləri arasındakı əməkdaşlıq nəticəsində satışların həcmini artırmaq, həmçinin müştəriyə birgə xidmət göstərməyi nəzərdə tutur.

Öz növbəsində bank:

  • Ticarət-servis məntəqəsi üçün lazımlı avadanlığın (POS – terminalların) quraşdırılmasını təmin edir.
  • Kassirləri və müvafiq işçiləri pulsuz təlimləndirir.
  • POS-terminalların texniki-xidmətini təmin edir.

Müəssisələr üçün üstünlüklər:

  • Yeni xidmət səviyyəsi və müştərilərə yüksək keyfiyyətli xidmət;
  • Kassada nəğd pulun azalması sayəsində inkassasiya edilən pulların həcminin və maliyyə riskinin azalması;
  • Satınalmalar üçün pulun avtomatik olaraq qeyd etdiyiniz müəssisə hesabına yatırılması sayəsində gəlirlərin rahat idarə edilməsi və uçotu;
  • Şirkətin rəqabət gücünün artması və müştərilər üçün daha geniş hesablaşma imkanlarının təmin edilməsi;

Valyuta kalkulyatoru