HESABLAŞMA-KASSA XİDMƏTİ


“Azər Türk Bank” ASC-də hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün Azərbaycan manatı, ABŞ dolları, Avro, Rus rublu, Türk lirəsi, İsveçrə Frankı və Funt Sterlinqdə cari hesabların açılması mümkündür. Hesabların açılması və onlar üzrə əməliyyatların aparılması rejimi Azərbaycan Respublikasının qanunvericiliyinə və Bankın daxili qaydalarına uyğun olaraq həyata keçirilir.

Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər aşağıdakı xidmətlərdən faydalana bilərlər:

  • Yuxarıda qeyd olunan valyutalarda cari hesabların açılması
  • Hesabdan nağd vəsaitin verilməsi
  • Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
  • İnkassasiya xidmətləri – müştərinin sifarişi əsasında pul vəsaitlərinin qəbulu və bir yerdən başqa yerə, o cümlədən müştərinin ofisindən Banka və əksinə daşınması

Bankın hesablaşma sistemi filiallararası köçürmələrin saniyələr içərisində və pulsuz həyata keçirməyəimkan verir. Ölkədaxili və xaricə nağdsız köçürmələr Azərbaycan manatı və başqa valyutalarda həyata keçirilir.

Hesabların açılması və onlar üzrə aparılmış əməliyyatlara görə xidmət haqqı “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin tariflərinə uyğun olaraq tutulur.

Hüquqi şəxslərə hesab açılması üçün tələb olunan sənədlər:

  1. Hesabın açılması üçün Ərizə (Bank tərəfindən təqdim olunur)
  2. Bank hesabın açılması üçün Müqavilə (Bank tərəfindən təqdim olunur)
  3. Nizamnamə (notariat qaydasında təsdiq edilmiş surəti)
  4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Dövlət Reyestrindən Çıxarış (notariat qaydasında təsdiq edilmiş surəti)
  5. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (kommersiya hüquqi şəxsləri və fərdi sahibkarlar istisna olmaqla)
  6. Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli
  7. İmza və möhür nümunələri vərəqəsi
  8. İmza səlahiyyəti olan şəxslərin Şəxsiyyət Vəsiqələrinin surəti

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hesab açılması üçün tələb olunan sənədlər:

  1. Hesabın açılması üçün Ərizə (Bank tərəfindən təqdim olunur)
  2. Bank hesabın açılması üçün Müqavilə (Bank tərəfindən təqdim olunur)
  3. Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli
  4. İmza nümunəsi vərəqəsi
  5. Fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır)

Valyuta kalkulyatoru